Video Machine

"Ali baş komandanın əmrini gözləyirik"

52 504
0
0
02:04

“Ötən gecə təxminən 4-ə işləmiş atışma başladı, indiyədək də davam edir. İriçaplı silahlardan – topdan, qrantdan atəş açırdılar. Atışma indiyədək davam edir. Gün ərzində kəndə 5 mərmi düşüb”.
Bu sözləri Meydan TV-yə Ağdam rayon sakinləri deyir. Onların sözlərinə görə, atışmaya baxmayaraq, əhali ərazini tərk etməyib:
“Əhaliyə yox, mal-qaraya ziyan dəyib. Bütün cavanlar burdadır. Silah versinlər gedək irəli”.
Rayon sakini Xudaverdi Quliyev deyir ki, əhali arasında ruh yüksəkliyi var: “Biz ordumuza güvənirik, arxayınıq. Burda olan hər bir kəs Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir. Hər bir saniyə onun əmrinə, döyüşə hazırıq”.
Xudaverdi Quliyev deyir ki, atışmaya baxmayaraq, əhali əkin-biçin işindən, öz fəaliyyətindən qalmayıb: “Döyüş bölgəsidir, hər bir şey ola bilər. Amma hər kəs öz iş-gücündədir. Əkin sahələrinə atəş açılır, amma hər kəs əkini, biçini ilə məşğuldur. Biz heç bir şeydən çəkinmirik. Görə-görə gəlmişik. Ordumuza, müdafiə nazirimizə, prezidentimizə güvənirik. Bu gün Ağdam rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədov, prokuror Rafael müəllim, polis şöbəsinin rəisi Elçin Qasımov cənabları burda olublar. Hələ də burdadırlar. Bütün günü bizimlə təmasda olublar”.

Ətraflı OXU:

Kanala abunə ol - https://goo.gl/TcM9Fm

WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv

__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin "Xalqın Xəbəri" vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646

Следующее видео