Movlud M

Apocalyptic AZE (Qısa metrajlı Film) NCTFİLM

74 886
0
0
06:15

Опубликовано:

Film haqqında:

Bir gün səhər oyandıqda həyatda yalnız olduğunu hiss edəcəksən. Səni qorxu bürüyəcək, vahimə basacaq. Yer kürəsində tək qaldığını düşünəcəksən, amma yanılmış olacaqsan. Çünki, sənin kimi neçələri var. Ac, susuz, qorxu dolu və quduz. Onlar həyatda qalmaq üçün tək çarə, özləri kimi birilərinə rast gəlib, onu məhv etməkdir. Səbəb isə yoxdur. Sadəcə öldürmək, yox etmək! Fəsillərin bir-birinə qarışdığı bir vəziyyət yaşayacaqsan. Hansı ki, tempraturdan xəbərsiz olacaqsan, günəş çıxdığı halda donacaqsan. Qəribədir, elə deyilmi? Bu hələ harasıdır. Bir az keçəndən sonra səni izləyəcəklər, öldürmək istəyəcklər. Sən isə qaçacaqsan onlardan. Bacardığın qədər uzağa. Heç kimin tapa bilməyəcəyi qədər uzağa. Özünə bir sığınacaq tapacaqsan, orada bütün ömrüvü keçirəcəyinə ümid edəcəksən. Amma ümid nədir ki, bir alov tək yanıb, buz tək soyuyar. Arıtq günlər səni boğmağa başlayır, sən sıxılırsan. Nəfəsin çatmır, qan qusursan. Bədənini isti bürüyür. Baxmayaraq ki, şaxtadır hava. Şirin bir yuxuya gedirsən, bu sənə xoşdur, gözlərin bulanıq görür hər şeyi, yuxulayırsan. Amma öldüyüvü bilmirsən...

Следующее видео