Interaz

Azərbaycan güləşçisi Rövşən Bayramov olimpiadada gümüş medal qazanıb (YENİLƏNİB)

66 197
0
0
01:53

Опубликовано:

Bakı,5 avqust, SalamNews, R.Nadirli. Bu gün XXX London Yay Olimpiadasında güləş yarışlarına start verilib.

SalamNews xəbər verir ki, ilk olaraq yunan-roma güləşçiləri mübarizəyə qoşulublar.Azərbaycan güləşçilərindən ilk olaraq Rövşən Bayramov (55 kq) döşəyə çıxıb.Mübarizəyə 1/16 finaldan başlayan Rövşən Bayramov bu mərhələdə rusiyalı Minqiyan Semenovla qarşılaşıb və rəqibini hər iki hissədə minimal hesabla üstələyib. 1:0, 1:0.Rövşənin 1/8 finaldakı rəqibi ABŞ-ı təmsil edən Tomas Manqo olub. Rəqibini hər iki hissədə 4:0 hesabı ilə məğlub edən təmsilçimiz bununla da 1/4 finala yüksəlib. Həmyerlimiz bu mərhələdə çinli Li Şujinlə üz-üzə gəlib. Bayramov bu dəfə də gözəl mübarizə aparıb və yarımfinala adlayıb (3:0, 2:0). Onun bu mərhələdəki rəqibi isə Ço Qyujin (Cənubi Koreya) olub. Bayramov bu görüşündə də qələbə qazanıb və finala yüksəlib. Finalda Rövşənin rəqibi İran güləşçisi Həmid Soryan olub. Həmin görüş isə Bakı vaxtı ilə 23:03-də başlayıb və görüşdə Rövşən uduzaraq gümüş medal qazanıb.

Следующее видео