Irelitv

"Azərbaycanın gənclər siyasəti" adlı kitabın təqdimatı keçirilib

103 189
0
0
01:58

Опубликовано:

11 İyul 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "İRƏLİ" fəalı, gənc alim Toğrul Əliyevin "Azərbaycanın gənclər siyasəti" adlı kitabının təqdimetmə mərasimi keçirilib.

Təqdimat mərasimində "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev, millət vəkilləri Ceyhun Osmanlı, İlham Məmmədov və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev qonaqları və iştirakçıları salamlayıb, kitabda qeyd olunan məlumatların önəmi və gənclərin bu kitabdan bəhrələnə biləcəkləri barədə danışıb: "Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Gənclər siyasətinin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətin gənclərə olan diqqəti gündən günə artmaqdadır. Biz gənclər də bu məsuliyyəti dərk edib bizə olan etimadı doğrultmalıyıq. Bu kitabın da gənclər üçün faydalı ədəbiyyata çevriləcəyinə əminəm".

Daha sonra millət vəkili İlham Məmmədov Azərbaycan gənclərinin daim öz üzərilərində çalışdığını qeyd edib: "Bu günkü gənclikdən çox şey öyrənmək olar. Onlar hər sahədə biliklərini təkmilləşdirməyə can atırlar. Artıq Azərbaycan gəncliyi dünyada bir brend olaraq tanınır".

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov isə çıxışında ölkədə həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin nəticəsi olaraq, son zamanlar Azərbaycanda böyük gənclər hərəkatının formalaşdığını, bu yöndə nüfuzlu qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin fəaliyyət göstərdiyini qeyd edib: "Hesab edirəm ki, gənclər təşkilatları heç də yerlərində saymamalıdırlar, onlar daha da güclənməli və fəaliyyət istiqamətlərini artırmalıdırlar. Gənclərin inkişafına böyük önəm verən Azərbaycan dövləti və hakimiyyəti də hər zaman olduğu kimi bundan sonra da gəncləri dəstəkləməkdə davam edəcək".

Millət vəkili Ceyhun Osmanlı qeyd edib ki, hər zaman öndə olan Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gənclərinin səsi dünyanın hər bir yerindən eşidilir. Bu isə çox qürurverici hissdir. Onlar müxtəlif sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

Sonda kitabın müəllifi çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, kitabda Azərbaycan Respublikası Prezidentinin gənclər siyasəti ilə bağlı fikirləri, "Dövlət Gənclər Siyasəti haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Gənclər Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər gənclərlə bağlı məlumatlar əks olunub.

Следующее видео