Interaz

Azərbaycanlı hakimlər Avropa Liqasında növbəti oyunlarını idarə ediblər

58 235
0
0
00:44

Опубликовано:

Bakı, 10 avqust, SalamNews, R.Nadirli. Azərbaycanlı hakimlər Avropa Liqasında növbəti oyunlarını idarə ediblər.

SalamNews xəbər verir ki, Anar Salmanovun başçılıq etdiyi hakimlər briqadası “Hannover” (Almaniya) – “Sent Patriks” (İrlandiya) oyununda ədaləti qoruyublar. Ona yan xətt hakimləri Yaşar Abbasov və Mübariz Həşimov yardım edib. Matçın dördüncü hakimi Əliyar Ağayev olub. Səfər oyununda 3:0 hesablı qələbə qazanan “Hannover” evdə də oxşar uğurunu təkrarlayıb. A.Salmanov 32-ci və 47-ci dəqiqələrdə meydan sahiblərinin iki qolunu qeydə alıb. Azərbaycanlı referi 90 dəqiqə ərzində iki futbolçuya sarı vərəqə göstərib ki, hər iki vərəqə qonaqların payına düşüb.

Следующее видео