Zahid Baku

Bakı metrosunda qadını əlləyib zibilə düşdülər

51 290
0
0
00:40

Опубликовано:

Ötən gecə Bakı metropoliteninin "Koroğlu" stansiyasında 3 gənc qatarın hərəkətinin dayandırılmasına səbəb olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, 3 gənc qatarda qadın sərnişinin yanında əyləşib.
Xanım isə həmin gənclərin ona sataşdığını iddia edib.
Məsələ böyüdüyündən polis hadisəyə müdaxilə edib. Polis gəncləri qatardan çıxarmaq istəsə də, gənclərin müqaviməti ilə qarşılaşıb.
Sonradan polis gəncləri qatardan çıxarmağa müvəffəq olub.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə 23:15-də "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən 32 saylı qatarda baş verib.
"Qatarda olan 3 gəncin xanıma sataşdığı və buna görə mübahisə yarandığı güman olunur. Qatar "Koroğlu" stansiyasında saxlanılıb və həmin şəxslər polisə təhvil verilib".

Nəsimi Paşayev bildirib ki, qatarların hərəkətində 4 dəqiqə fasilə yaranıb.

Следующее видео