Spaceman

"Gənclik" metrostansiyası yaxınlığındakı yeni yol qovşağında gediş istiqamətləri - 1

83 834
0
0
06:12

Опубликовано:

Həftənin əvvəlində Bakıda "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı" layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimi olub.

Trend-in məlumatına görə, layihənin podratçısı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dir. Sinqapurun "Surbana International Consultants" şirkətinin layihələndirdiyi qovşağın məsləhətçi-nəzarətçisi Türkiyənin "Pro Yapı Proje İnşaat" şirkətidir.

Layihə çərçivəsində ərazidə 16 giriş-çıxışlı, ümumi uzunluğu 2512 metr, eni 8-15,5 metr, hündürlüyü 5,5 metr, hərəkət zolaqlarının sayı isə 5 olan 6 tunel tipli yol qovşağı inşa edilib.

Trend oxucuların çoxsaylı xahişlərini nəzərə alaraq, bu qovşaq üzrə keçid sxeminin təfərrüatlarının əks olunduğu videoçarxı təqdim edir. Videoçarx "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" tərəfindən təqdim edilib.

Следующее видео