Spaceman

İntihara cəhd edən gənc film kimi əməliyyatla qurtarıldı

63 710
0
0
01:00

Опубликовано:

Ningbo şəhərində ailəsi ilə mübahisə etdikdən sonra əsəbləşib, özündən çıxan gənc, yarı çılpaq halda bir binanın dördüncü mərtəbəsində, pəncərə pərvazının üzərinə çıxdı. Ətrafa təhdidlər yağdırıb, ölmək istədiyini ifadə edən gənci görən ətrafdakılar polisə xəbər verdi. Qısa müddətdə hadisə yerinə çatan polis qrupları uzun bir müddət gənci razı salmağa çalışdı. Ancaq bütün səylər nəticəsiz qalınca, polis əməliyyat üçün düyməni basdı.Polislərdən biri əlində meqafonla adamın başını qatarkən, bir başqa polis isə dama yaxın bir yerdən, belinə bağladığı iplə gəncin üzərinə atladı. Alt qat pəncərələrdə olan iki polis də müdaxilə əsnasında gəncin aşağıya düşməsini önləmək məqsədiylə kəndirlə ayaqlarından bağladı.Təsirsiz hala gətirilən gənc içəriyə çəkilərək, xəstəxanaya qaldırıldı.

Следующее видео