Elvin Canturan

London 2012: Atletika - Dmitri Marşin qrupda qaldı

64 645
0
0
00:32

Опубликовано:

London Olimpiadasında Azərbaycan millisinin ilk atleti Dmitri Marşin növbəti mərhələyə yüksələ bilməyib. Apasport.az saytının məlumatına görə, 39 yaşlı milliləşdirilmiş legionerimiz çəkiçatma növündə qrupda qalıb.

Belə ki, yarışda 42 idmançı 2 qrupda qüvvəsini sınayıb və hər birində 21 atlet yer alıb. Olimpiadaya 1096 nömrəsi ilə qatılan Azərbaycan atleti Dmitri Marşin mübarizəyə B qrupunda başlayıb. 12-cı sıra nömrəsi ilə gücünü sınayan idmançımız ilk cəhdində 72,06 m nəticə göstərib. Növbəti atışını düzgün yerinə yetirə bilməyən Marşın sonuncu sınağında göstəricisini yaxşılaşdırsa da (72,85 m) bu ona mərhələ keçmək üçün kifayət etməyib. Beləliklə, atletimiz London Yay Olimpiya Oyunlarını 20-ci yerdə bitirib. Onun finala yüksəlməsinə 1,84 m-i çatmayıb.

Həlledici mərhələyə isə 12 ən güclü idmançı yüksəlib.

Следующее видео