Video Machine

Moskvada Azərbaycan əsilli milyarder həbs edildi - RÜŞVƏT QALMAQALI

42 479
0
0
01:15

Опубликовано:

Moskvada Azərbaycan əsilli milyarder saxlanılıb. APA TV-nin rus saytlarına istinadən məlumatına görə, iş adamı Roman Manaşirov barəsində Presnensk Rayon Məhkəməsi iki ay müddətinə həbs qərarı çıxarıb.
Biznesmen külli miqdarda rüşvət verməkdə ittiham olunur. Məhkəmənin iddiasına görə, Manaşirov dostu olan başqa bir biznesmenin - Jana Rafailovun problemini həll etmək üçün Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə 2 milyon rubl - təxminən 32 min 600 manat rüşvət verib.
Roman Manaşirovun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir. İstintaq zamanı o, bunu əsas gətirərək məhkəmədən sərbəst buraxılmasını rica edib. Məhkəmə isə nə onun nə də vəkillərinin bu xahişini yerinə yetirib. Biznesmeni zəmanətə götürmək istəyən Rusiya Dövlət Dumasının deputatı İldar Samıyevin də sözü yerə düşüb.
Roman Manaşirovla birlikdə onun rüşvət verdiyi yüksək vəzifəli polis zabitləri də saxlanılıb. Lakin Vladimir Andrievski qaçmağı bacarıb.
Xatırladaq ki, Roman Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. O, 1986-cı ildə təhsil almaq məqsədilə Rusiya paytaxtına köçüb. O, Moskvanın nüfuzlu iş adamlarındandır, Rusiya paytaxtında böyük inşaat biznesi var. Onun kapitalının 1 milyard dolları keçdiyi deyilir.

Следующее видео