Video Machine

Oğurladığı televizoru kreditlə satmaq istəyən şəxs tutuldu

37 053
0
0
02:46

Опубликовано:

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsi saxlayıb. APA TV-nin məlumatına görə, Nurlan Əmirli polisə ərizə ilə müraciət edərək, Ceyranbatan qəsəbəsində ona məxsus yarımtikilidə 900 manat dəyərində tikinti materialları və alətlərin oğurlandığını bildirib. Rayon polis idarəsi əməliyyatçılarının apardıqları əməliyyat tədbirləri nəticəsində oğurluğu törədənin kimliyi məlum olub. Müstəntiq Xəyyam Rüstəmov bildirib ki, keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini Ceyranbatan qəsəbə sakini, 1981-ci il təvəllüdlü Qasımov Roman Safəddin oğlu tərəfindən törədildiyi müəyyən edilib. Roman Qasımov dindirilərkən törətdiyi cinayəti etiraf edib.
Saxlanılan Roman Qasımov əvvəllər də oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb. O, hadisə zamanı spirtli içki və narkotik qəbul etdiyini bildirib. Roman oğurladığı alətləri “8-ci kilometr bazarı”nda satdığını deyib.
“Yaxınlaşdım, müştərilərdən birinə təklif elədim. Oğurluq olub-olmadığını soruşdu, “yox” dedim”.
Romanın Qasımovun oğurluq əməlləri bununla da bitməyib. O, elə həmin gün mənzillərdən birinə daxil olaraq, televizor oğurlayıb. Maraqlıdır ki, Roman oğurluq televizoru Xırdalandakı məhəllələrdə sakinlərə kreditlə təklif edib.
“Qabağıma tanış çıxdı. O da əvvəllər məhkum olunmuş uşaqdır. Bazarda yer göstərdi, dedi, apar ora. Bir arvad qiymətini soruşdu, 100 manat dedim. Dedim oğurluq deyil, özümündür. Aldatdım ki, sənədi də var. 90 manat aldım, dedim sənədi gətirəndə 10 manatı da götürərəm”.
Əməliyyatçılar saxlanılan şəxsin digər cinayət əməllərində əlinin olduğunu da istisna etmirlər. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Roman Qasımov həbsdən bu ilin fevralında çıxıb.

Следующее видео