Video Machine

Putin və Ərdoğandan barışıq mesajları: "Çox təəssüflər olsun ki..."

43 713
0
0
00:53

Опубликовано:

Türkiyə Rusiya ilə münasibətlərinin korlanmasında maraqlı deyil. APA TV-nin məlumatna görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.
“Bizim aramızda inkişaf etmiş iqtisadi münasibətlər mövcuddur. Biz Rusiya kimi ölkə ilə münasibətlərdə gərginliyin yaranmasında maraqlı deyilik. Təəssüflər olsun ki, bu insident yaşandı. Amma ölkələrimiz bir-birinin əlini sıxaraq əməkdaşlığı davam etdirməlidir”, - deyə Türkiyə prezidenti qeyd edib.

Bu arada Rusiya prezidenti Vladimir Putin də açıqlama verib. "Türkiyə ilə son 10 ildə dövlətlərarası münasibətlər görünməmiş səviyyəyə qalxmışdı. Biz Türkiyəni sadəcə qonşu deyil, dost ölkə, az qala müttəfiq hesab edirdik. Çox təəssüflər olsun ki, bu münasibətlər kobudcasına məhv edilir", - deyə Kreml rəhbəri qeyd edib.

Следующее видео