Video Machine

Qış məktəbi yekunlaşdı

39 150
0
0
02:56

Опубликовано:

“Multikulturalizm ili” çərçivəsində keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” mövzusunda Qış Məktəbi sona çatıb. Keçirilən mətbuat konfransında portuqaliyalı Antonio Mendes bildirib ki, Azərbaycana gəlməzdən öncə multikulturalizmi yalnız ancaq Portuqaliya cəmiyyətinə xas olan bir dəyər hesab edib. Amma burada təəssuratları dəyişib:
“Azərbaycanda müsbət meyillər özünü büruzə verir. Dini, irqi problemlərin olmadığı cəmiyyətlər sağlam cəmiyyətlərdir. Azərbaycanda yaşayan insanların da hamısı dözümlü, yeniliklərə açıq insanlardır və qəti bildirmək istəyirəm ki, Azərbaycanda gördüklərim mənim gözlədiklərimi qat-qat üstələyib".
Müxtəlif ölkələrdən olan iştirakçılar bildiriblər ki, onlar Azərbaycanın multikulturalizm təcrübəsindən faydalanaraq böyük təcrübə qazanıblar. Onlar Azərbaycanı tolerantlıq nümunəsi adlandırıblar.
Qış məktəbinin iştirakçısı Kamiliya: "Mən hər kəsə məsləhət görürəm ki, Azərbaycana gəlsin. İlk növbədə başqa insanlara necə tolerantlıq göstərilməsini öyrənəcəksiniz. Ən əsası isə azərbaycanlılar çox qonaqpərvərdirlər və bu sizin əsas keyfiyyətlərinizdən biridir. Qeyd etmək istəyirəm ki, bu proqram başqa ölkələrdən olan insanları görmək üçün çox gözəl bir şansdır".
Qış məktəbinin iştirakçısı Tobias: "Biz çoxlu mühazirələrdə iştirak etdik. Azərbaycandakı geosiyasi vəziyyət barədə və dini liderlərin iştirak etdikləri mühazirələr daha maraqlı idi. Bir məsələni də qeyd etmək istəyirəm. Mən vegetarianam. İlk vaxtlarda mənim üçün içərisində ət olmayan yemək tapmaq çətin idi. Amma təşkilatçılar əllərindən gələni etdilər ki mənim bu barədə problemim olmasın".
Qış məktəbinin iştirakçısı Səltənət: "Bu mənim Bakıya ikinci gəlişimdir. 10 gündür ki Bakıdayam və Bakının daha fərqli tərəfini kəşf etmək imkanım oldu. Gördük ki, Bakı əslində yeni və köhnə şəhərin birləşməsidir və əmin olduq ki, multikulturalizm sizin hər birinizin daxilində yaşayır. Azərbaycanıların da dediyi kimi multikulturalizm sizin qanınızdadır və biz buna canlı olaraq şahid olduq".
Bakı Beynəlxalq multikulturalizm Mərkəzinin əməkdaşı Tofiq Abbasov bidirib ki, bu il ərzində multikulturalizm yönümlü bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycanın tolerantlıq dəyərlərinin tanıdılması məqsədilə beynəlxal tədbirlər də keçiriləcək:
"Azərbaycan meydanı müxtəlif ölkələrin təmsilçiləri üçün görüş meydanına çevrildi. Burada mübadilələr aparıldı, diskussiyalar aparıldı və bu insanlar bir-birlərinə yaxınlaşdılar. Bu zamana qədər onlar bir-birlərini tanımırdılar və yəqin heç bir-birləri haqda təsəvvürləri yox idi. Amma Azərbaycan onları bir yerə topladı, dost etdi. Digər tərəfdən onlar artıq Azərbaycanın dostlarıdır".
Qış Məktəbi fevralın 8-də başlayıb. İştirakçılar layihə çərçivəsində mühazirələrlə yanaşı, Bakıdakı muzeyləri, həmçinin Quba, Xaçmaz və Qusar rayonlarını da gəziblər.

Следующее видео