Aliyev Ali

Rəşad İlyasov Space TV-də biabırçılıq (18+ Söyüş var)

6 918
0
0
01:15

Rəşad ilyasov Space TV-nin efirində "Hər Səhər" verilişində ( 4 Aprel 2019)
... görən deyir bu qəhbə hansı götverənindi ))

Artıq bir neçə gündür ki, Space TV-dəki efir biabırçılığı, müğənnilər Rüfət Axundov və Rəşad İlyasov ətrafında müzakirələr aparılmaqdadır.

Qeyd edək ki, qalmaqallı veriliş zamanı Rüfət Axundovla birlikdə mahnını zümzümə edən Rəşad İlyasovun da həmkarının söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi onu da qalmaqalın cənginə salmışdı. Bundan sonra əməkdar artist R.İlyasovun AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr yayılıb.

AzTV-nin "İctimai-siyasi proqramlar" redaksiyasının baş redaktoru Sərvər Bayramov məsələ ilə bağlı açıqlama verib. Qurum əməkdaşı qeyd edib ki, müğənniyə qarşı heç bir qadağa tətbiq edilməyəcək:

"Qeyd edim ki, bu hadisə digər televiziya kanalının efirində baş verib. Bunun üçün də məsələnin araşdırılması MTRŞ-yə aiddir. Məlum olduğu kimi, MTRŞ artıq hadisə ilə bağlı öz açıqlamalarını yayıb. Açıqlamada da göründü ki, Rəşad İlyasovun bu məsələdə birbaşa günahı yoxdur. Neqativlər yalnız onun həmkarı ilə bağlıdır.

MTRŞ-nin araşdırmasının nəticəsinə uyğun olaraq, R.İlyasov AzTV-nin solistliyində qalır".

Xatırladaq ki, bir neçə gün öncə Space TV-nin "Hər səhər" proqramında müğənni Rüfət Axundov və Rəşad İlyasov fonoqrama oxuduqları zaman canlı efirdə biabırçı ifadələr işlədiblər. Nəticədə həmin görüntünü əks etdirən video sosial şəbəkələrdə yayılıb, telekanal ciddi problemlə üzləşib. Proqramın aparıcısı Anar Vaqifoğlu telekanaldan uzaqlaşdırılıb, səs rejissoru da işdən qovulub. Müğənni Rüfətin bir daha efirə çağırılmaması barədə televiziya rəhbərliyi tərəfindən təlimat verilib. Həmçinin MTRŞ tərəfindən televiziya kanalının rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq Space TV-nin 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edilib.

Следующее видео

Rəşad İlyasov Meymundan Qaçır Som.az 17 121 просмотра
Adını Feriha Koydum 61.Bölüm Fragmanı HD (18.05.2012) Aliyev Ali 58 297 просмотра
SAW 8 Zahid Baku 28 256 просмотра
Adını Feriha Koydum 51.Bölüm Fragmanı HD (09.03.2012) Aliyev Ali 74 532 просмотра
Adını Feriha Koydum 50.Bölüm Fragmanı V2 (2.3.2012) Aliyev Ali 56 106 просмотра
Adını Feriha Koydum 47.Bölüm Fragmanı HD (10.2.2012) Aliyev Ali 63 122 просмотра
Adını Feriha Koydum 46.Bölüm Fragmanı (3.2.2012) Aliyev Ali 56 791 просмотра