Spaceman

Sorğu - Mübariz İbrahimovu tanıyırsızmı?

70 444
0
0
04:21

Опубликовано:

Bu gün "Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olan Mübariz İbrahimov 2009-cu ilin avqustundan gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Mübariz İbrahimovun qəhrəmanlığa gedən yolu isə belə olub. 2010-cu il iyunun 19-da gecə saat 23:30 radələrində o, təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. Milli Qəhrəman Mübariz İbrahimovun təkcə son məktubu hər bir azərbaycanlı üçün qəhrəmanlıq vətənpərvərlik məktəbidir.

Bəs azərbaycan vətəndaşı onun üçün canından keçən qəhrəman övladını necə tanıyır. Bu suala cavab tapmaq üçün şəhər sakinlərindən soruşduq: Mübariz İbrahimov kimdir sualına cavablar belə oldu:



Facebook: http://www.facebook.com/pages/Kanal13tv/128443327190754

Twitter: https://twitter.com/#!/Kanal13_Baku

Website: http://kanal13.tv/

Следующее видео