Video Machine

Sovetski: evləri uğrunda mübarizə aparanlar

56 784
0
0
02:01

Опубликовано:

Sovetskinin Mustafa Sübhi 89 ünvanında 30 ilə yaxındır yaşayan Aida xanım 20 gündən çoxdur evinin qaranlığa qərq olmasından şikayət edir. Üzbəüz yaşayış binaları sökülsə də, o maddi kompensasiya məsləsində razılığa gəlmədiyinə görə evinin salamat qalması uğrunda mübarizə aparır.

Eyni küçədə yaşayan və evlərini tərk etməyən digər qonşular da eyni problemi bölüşür. Evlərini tərk etmək istəməyən sakinlər deyir ki, onlardan razılığı "yaxşılıqla da almaq olar, yamanlıq nəyə lazım".

Əhalinin kommunal xidmətlərlə bağlı bu və digər suallarını Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlamağa cəhd etsək də, onlar cavab verməkdən imtina etdi.

BBC Azeri: Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr.

Bizi sosial şəbəkələrdə izləyin -
Facebook: https://facebook.com/BBCAzeri
Twitter: https://twitter.com/BBCAzeri
Instagram: https://instagram.com/bbcazeri/
Google+: https://plus.google.com/+bbcazeri
VKontakte: https://vk.com/bbcazeri

Следующее видео