Vüsal Məmmədov

Vanqa Kimdir! Vanqanın həyatı haqqında bilmədikləriniz

36 689
0
0
02:23

Опубликовано:

1911-ci il yanvar ayının 31-də o vaxtlar Osmanlı imperiyası, sonradan Bolqarıstan ərazisi hesab olunan Strumitsa kəndində bir qız anadan oldu. Vaxtından iki ay əvvəl doğulan qızcığazın ayaq və əl barmaqları bitişik, bədəni isə zəif olduğundan, valideynləri onun yaşamasına belə ümikd etmirmişlər. 12 yaşında qızın həyatında onun gələcək taleyini müəyyənləşdirən bədbəxt hadisə baş verir. Bu qız gələcəkdə görücü kimi məşhurlaşacaq Vanqeliya Pandeva-Quşerova, yaxud Vanqa idi...
...Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var..."

Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur.

1925-ci ildə onu korlar evinə göndərirlər. Burada Vanqa Brayl əlifbasını, pianoda ifa eləməyi, dərziliyi öyrənir. Üç ildən sonra anası ölür, qız evə qayıdıb atasının və bacı-qardaşlarının qayğısını çəkməli olur.1969-cu ildə Rusiya qəzetlərindən birində işləyən Andrey Tigrov adlı jurnalist Vanqadan müsahibə almaq üçün Bolqarıstana gedir.Vanqa ilə evində görüşür,ondan müsahibəsini alır.Vanqanın həyətində isə, bu zaman bir qadın həyətdə işləyirmiş və Vanqanın otağındakı pəncərə ona tərəf düşürmüş.Vanqa həmin qadına dedi: "günün altında çox işləmə,yorularsan". Jurnalist şoka düşür.Çünki,Vanqa kor idi, o həmin qadını necə görə bilərdi?

Следующее видео