Asif Mir

Yanan səma

144 545
0
2
01:17

Опубликовано:

Yanan səma
Meksikanın Duranqo şəhərinin səmasında baş vermiş bu fenomenin səbəbləri və necə yarandığı hələ də bilinmir.
Yanvarın 31-də səhər saatlarında qəflətən hər tərəf zülmətə bürünüb, Günəş yox olub. Daha sonra qara buludlar sanki mühərriklə hərəkət edirlərmiş təki "rəqs edərək" bir araya gəlməyə başlayıblar. Buludların arasında onlarla Günəş boyda səma cismi hər tərəfi narıncı-sarımtıl işığa qərq edib.
Sonra buludlar çəkilib, Günəş peyda olub.
Milli.Az "Scientist"ə istinadən bildirir ki, Meksika Milli Rəsədxanasının alimləri bu təbii fenomeni izah etməkdə çətinlik çəkiblər. Onların dediklərinə görə, Günəş və ya Ay tutulmasından söhbət belə gedə bilməz.
"Buludların əvvəlcə düzxətli, sonra da xaotik hərəkəti paradoksaldır. Çünki biz indiyədək buludların qısa zamanda aşağı enib yuxarıya sürətlə qalxdığını görməmişdik. Belə işıqlanma da nə səma cismi, nə də mexaniki mənbəli ola bilməz", - astrofizik Merisa Lopes deyib.
Astronom Xesus Orasiya isə bildirib ki, qədim mayyaların təqvimində 2012-ci ilin ilk ayının sonunda "Səmadan yerə Tanrılar Tanrısının gözünün işığının düşəcəyi" vurğulanır.
Bu işığın düşəcəyi günü mayalar məhşər və dünyanın sonunun nişanəsi sayırdılar.
Daha dəqiq olsaq, mayyaların təqvimində belə nişanə "Yer Timsahı" İtsam Kab Aininin "Səma qızı" Bakabanı yeməyə başlaması, nəticəsində kainatın "Popol-Vuh" zərbəsi alması və Yerin məhvə başlamasından xəbər verir.
Milli.Az

Следующее видео